Vüqar Həşimov beynəlxalq superturnirdə mübarizə aparır

Vüqar Həşimov beynəlxalq superturnirdə mübarizə aparır
Bu gün Çində şahmat üzrə dünyanın 21-ci kateqoriyalı beynəlxalq superturnirinə start verilib. SİA-nın məlumatına görə, yarışda Azərbaycan şahmatısı Vüqar Həşimov da iştirak edir. Şahmat tarixində 2-ci ən güclü yarış sayılan bu turnirdə iştirakçıların orta əmsalı 2766-dır. Yarışa Vişvanatan Anand (Hindistan), Veselin Topalov (Bolqarıstan), Maqnus Karlsen (Norveç), Van Yue (Çin), Etiyen Barko (Fransa) kimi idmançılar qatılıblar. Yarışda cütlüklər iki dəfə qarşılaşacaqlar (ağ və qara fiqurlarla). Dairəvi sistemlə keçirilən turnirə oktyabrın 31-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə