"Keşlə" "Qaradağ-Lökbatan"ı məğlub edib

"Keşlə" "Qaradağ-Lökbatan"ı məğlub edib

Növbəti dövrənin hazırlıqlarına Bakıda start verən "Keşlə" futbol klubu bu gün ilk yoxlama matçına çıxıb. SİA-nın məlumatına görə, paytaxt klubu İsmət Qayıbov adına stadionda I divizion təmsilçisi "Qaradağ-Lökbatan"la qarşılaşıb. Matç "Keşlə"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

11 yanvar
13:30 "Keşlə" - "Qaradağ Lökbatan" - 3:1
Qollar:
Pərdis Fərcad-Azad, 40 (1:0), Mustafayev, 60 (1:1), Əlibəy Məmmədli, 65-pen (2:1), Məqsəd İsayev, 87 (3:1)
İsmət Qayıbov adına stadion

Bütün xəbərlər Facebook səhifəmizdə