Naxçıvan şahmatçısı FIDE ustası oldu

Naxçıvan şahmatçısı FIDE ustası oldu

Naxçıvan şahmatçısı Sadiq Məmmədov Beynəlxalq Şahmat Federasiyası tərəfindən FIDE ustası adına layiq görülüb. Xəbər verilir ki, Türkiyə, Rusiya, Gürcüstan, İran, Yunanıstan, Xorvatiya və digər xarici ölkələrdə təşkil olunan qitə miqyaslı yarışların iştirakçısı olan Sadiq Məmmədov ötən illər ərzində təcrübəsini artıraraq reytinq sıralamasında ön yerlərdə olub.

Son olaraq Azərbaycan çempionu kimi Avropa birinciliyində yer alan yeniyetmə şahmatçımız əldə etdiyi nəticələrdən sonra 2300-lük reytinq əmsalını geridə qoyaraq Beynəlxalq Şahmat Federasiyası tərəfindən FIDE ustası adına layiq görülüb.

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Vüqar Səfərov Sadiq Məmmədovu təbrik edib, ona yeni uğurlar arzulayıb. Şahmatçıya “FIDE ustası” sertifikatı və federasiyanın hədiyyəsi təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə