Ötən il Naxçıvan idmançılarının qazandıqları 240 medal

Ötən il Naxçıvan idmançılarının qazandıqları 240 medal

Ötən il ərzində ayrı-ayrı idman növləri üzrə muxtar respublika idmançılarının respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin edilib. SİA xəbəri Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin kollegiya iclasında qeyd olunanlara istinadən yayıb.

Bildirilib ki, Naxçıvan idmançıları dünya çempionatlarında 5, Avropa çempionatlarında 1, beynəlxalq turnirlərdə 89, IV İslam Həmrəyliyi Oyunlarında 1, Asiya çempionatlarında 2, Avrasiya çempionatlarında 13, Azərbaycan birinciliklərində 129 medal olmaqla, 240 medal qazanıblar.

Ümumilikdə, Naxçıvan Muxtar Respublikasında 40 minə yaxın yeniyetmə və gənc

idmanla məşğul olur. Ötən il ərzində nazirlik tərəfindən keçirilən idman tədbirlərində 9 minə yaxın idmançı iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə