Azad Rəhimov Meksikada idmana məsul nazirlərlə görüşəcək

Azad Rəhimov Meksikada idmana məsul nazirlərlə görüşəcək

Oktyabr 19-dan başlayaraq Meksikanın Akapulko şəhərində Milli Olimpiya Komitələri Assosiasiyasının XVII Baş Assambleyasına start verilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Assambleyada Azərbaycanı gənclər və idman naziri Azad Rəhimov və Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə təmsil edir.

Assambleya əsnasında milli olimpiya komitələri və hökumətlər arasında razılaşma, dopinqə qarşı mübarizə, peşəkar idmançıların təlimi, ətraf mühitin qorunmasında Olimpiya Hərəkatının rolu, qadın, idman və sosial İnkişaf, Olimpiya həmrəyliyi və bir sıra mövzuların müzakirəsi nəzərdə tutulub.

Dünyanın bütün ölkələrinin idmana məsul nazirlərinin iştirak edəcəyi assambleyada gənclər və idman naziri Azad Rəhimovun Meksikanın, o cümlədən digər ölkələrin mötəbər şəxsləri ilə görüşləri planlaşdırılır.

Tədbir 24 Oktyabr tarixinədək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə