"Qarabağ" "Bakı" ilə oyuna hazırdır

"Qarabağ" "Bakı" ilə oyuna hazırdır
"Qarabağ" klubu "Bakı" ilə oyuna hazırdır. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata əsasən, Premyer Liqanın 4-cü turundan təxirə salınmış oyunda komanda paytaxtın eyniadlı təmsilçisini qəbul edəcək. Artıq komanda "Bakı" ilə oyunun hazırlıqlarını tamamlayaraq oyun saatını gözləməyə başlayıb.
Bazar günü "Simurq"la qarşılaşdıqdan sonra komanda səhər tək çalışmayla kifayətlənmişdi. Axşamdan bazaya yığışan Ağdam təmsilçisi "Bakı" ilə oyuna köklənib. Bu gün səhər komanda 10:30-da məşqini edib. Komandada itkilərlə bağlı vəziyyət dəyişməz qalıb. Samir Abbasov hələ də məşqlərə qatılmasa da, Maksim Medvedev artıq çalışmalara başlayıb. Gənc müdafiəçi qaçışla kifayətlənib.
Xatırladaq ki, "Qarabağ" - "Bakı" oyunu bu gün saat 16:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə