Çempionatın ikinci yarısına hazırlığı davam etdirən “Keşlə”nin düşərgəsinə daha bir futbolçu qoşulub. SİA-nın məlumatına görə, baxışa dəvət olunan kamerunlu yarımmüdafiəçi Herve Tçami artıq ölkəmizdədir.
O, paytaxt klubunun dünənki axşam məşqində iştirak edib. Tçaminin "Keşlə”də qalıb-qalmayacağı baxış müddətində özünü necə göstərməsindən asılıdır. Baş məşqçi Yuri Maksimov düşərgədə olan Məhəmməd Qurbanov və İdris Musluyev kimi, Tçami haqda yekun qərarı da bir neçə gündən sonra açıqlayacaq. 30 yaşlı cinah yarımmüdafiəçisi ukraynalı mütəxəssisin etimadını qazana bilsə, onunla müqavilə imzalanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB