Peyntboll yarışının qalibləri mükafatlandırılıb

Peyntboll yarışının qalibləri mükafatlandırılıb

19 Oktyabr 2010-cu il tarixində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin konfrans zalında 11-14 oktyabrda gənclərin hərbi-vətənpərvərlik tərbiyəsini təmin etmək, onların asudə vaxtının səmərəli təşkili məqsədi ilə Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşəbbüsü ilə ali təhsil müəssisələrinin tələbələrindən ibarət komandalar arasında keçirilmiş peyntbol üzrə yarışın qaliblərinin mükafatlandırma mərasimi keçirib. I, II və III yer tutmuş ali təhsil müəssisələrinin komandaları müvafiq qaydada kuboklarla təltif olunublar.

SİA-nın məlumatına görə, yarışmada "Odlar Yurdu" Universitetinin komandası I, Azərbaycan Dövlət Pedaqoji Universitetinin komandası II, Azərbaycan Dövlət İqtisad Universitetinin komandası isə III yeri tutublar.

Daha sonra İttifaqın Əlaqələndirmə Şurasının iclası keçirilib. İclasda Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İntiqam Babayev, nazirliyin digər rəsmiləri, ATGTİ sədri Şahim İsmayilov, Əlaqələndirmə Şurasının üzvləri, ATGTİ-də birləşən 39 ali təhsil müəssisəsinin tələbə gənclər təşkilatlarının üzvləri və ATGTİ İdarə heyəti iştirak edib.

İclasda son 11 ay müddətində görülən işlər, reallaşdırılmış layihələr və yaradılmış beynəlxalq əlaqələr haqqında ATGTİ idarə heyətinin üzvləri məruzə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə