“Ölkə çempionatında iştirak etməyən samboçu yığmaya dəvət edilməyəcək” - AÇIQLAMA

“Ölkə çempionatında iştirak etməyən samboçu yığmaya dəvət edilməyəcək” - AÇIQLAMA

“2018-ci ildə sambo üzrə milli komandanın yeni heyəti yeniyetmələr, gənclər və böyüklər arasında Azərbaycan birinciliyi və çempionatının nəticələrinə əsasən müəyyənləşəcək”. Bunu SİA-ya açıqlamasında sambo üzrə Azərbaycan milli komandasının baş məşqçisi, Əməkdar məşqçi Yaqub Abdullayev deyib.

Onun sözlərinə görə, ölkə birinciliyi və çempionatı fevralın 1-də başlayacaq və 4-də başa çatacaq: “Yarış Şağan Olimpiya İdman Kompleksində təşkil ediləcək. Yığma komandanın tərkibi formalaşandan sonra millinin təlim-məşq toplanışı başlayacaq. Millimiz təqvim planında nəzərdə tutulan beynəlxalq yarışlarda iştirak edəcək”.

Baş məşqçi vurğulayıb ki, üzürsüz səbəbdən ölkə çempionatında iştirak etməyən istənilən samboçu yığmaya dəvət edilməyəcək: Azərbaycan birinciliyi və çempionatında bütün idmançılar iştirak etməlidirlər. Əgər hansısa samboçu üzürlü səbəbdən iştirak edə bilməsə, federasiyaya öncədən müraciət etməlidir. Hələ indiyədək belə bir məktub daxil olmayıb”.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə