“Qəbələ” bu gün 2018-ci ildə ilk matçını keçirəcək

“Qəbələ” bu gün 2018-ci ildə ilk matçını keçirəcək

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ilk yoxlama oyununu keçirəcək. SİA-nın məlumatına görə, 2017-2018-ci illər mövsümünün ikinci yarısına hazırlıq çərçivəsində baş tutacaq qarşılaşma “qırmızı-qaralar”ın 2018-ci ildə ilk matçı olacaq.

Yanvarın 5-dən qonşu ölkədə hazırlıq keçən Roman Qriqorçukun komandası Türkiyənin “Akhisar Bələdiyyəspor” klubu ilə görüşəcək.

Bu mövsüm Super Liqada keçirdiyi 17 oyundan sonra 19 xal toplayan Türkiyə klubu I dövrəni 18 komanda arasında 12-ci pillədə başa vurub.

Bakı vaxtı ilə saat 18:00-da başlayacaq “Akhisar Bələdiyyəspor” – “Qəbələ” matçı “Rixos Premium” otelinin meydançasında keçiriləcək.

Yoxlama oyunu

10 yanvar

18:00. “Akhisar Bələdiyyəspor” (Türkiyə) - “Qəbələ” (Azərbaycan)

Antalya. Bələk. “Rixos Premium” otelinin meydançası

Bütün xəbərlər Facebook səhifəmizdə