Samir Nəsri Meksika klubuna keçir?

Samir Nəsri Meksika klubuna keçir?

“Antalyaspor”un futbolçusu Samir Nəsri karyerasını Meksikada davam etdirə bilər. Qol.az-ın “Tuttomercatoweb”ə istinadən yaydığı xəbərə görə, fransalı yarımmüdafiəçi ilə Meksikanın “Tiqres” klubu danışıq aparır. Nəsrinin yanvarda bu komandaya qoşulacağı bildirilir.
Türkiyə mətbuatı da 30 yaşlı yarımmüdafiəçinin “Antalyaspor”dan ayırlmaq istədiyini yazıb. Qeyd edək ki, S.Nəsri ötən ilin avqust ayında "Mançester Siti"dən "Antalyaspor"a keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə