Braziliyalı futbolçuya “Qızıl zibil qabı” mükafatı verilib

Braziliyalı futbolçuya “Qızıl zibil qabı” mükafatı verilib

Portuqaliyanın “Benfika” futbol komandasında icarə şərtləri ilə oynayan İtaliyanın “İnter” klubunun hücumçusu Qabriel Barboza A seriyası üzrə ötən ilin ən pis futbolçusu hesab edilib. Bu futbolçuya “Qızıl zibil qabı – 2017” anti-mükafatı verilib.

Braziliyalı futbolçu 2016-cı ildə 33,5 milyon avro müqabilində “İnter” klubuna transfer edilib, lakin komandanın start heyətində bir dəfə də olsun oyuna çıxmayıb və cəmi bir qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə