Arda Turanı
"Başakşəhər” klubunun prezidenti Göksal Gümüşdağ Arda Turanın transferini bitirmək üçün şəxsi təyyarəsi ilə İspaniyaya gedib. SİA-nın məlumatına görə, Kataloniya təmsilçisi Ardanı 1,5 illiyə icarəyə vermək üçün "Başakşəhər”dən 2 milyon avro tələb edib. Bundan əlavə, Ardanın maaşını da "Başakşəhər” ödəməlidir. Təklif Gümüşdağın ürəyincə olmayıb və danışıqların bu gün davam etməsi gözlənilir.
Qeyd edək ki, Koutinyonun gəlişində sonra Ardanın "Barsa”dan ayrılacağı dəqiqləşib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB