Boksçularımız Avropa kubokuna yollanır

Boksçularımız Avropa kubokuna yollanır
Azərbaycan boksçuları Avropa Kuboku uğrunda mübarzə aparacaqlar. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Ukraynanın Xarkov şəhərində keçiriləcək yarışda 49 kq çəki dərəcəsində Elvin Məmişzadə və 69 kq çəkidə Emil Məhərrəmov və Fərid Paşayev iştirak edəcək. Qeyd edək ki, yarış oktyabrın 22-də başlayacaq.
Bu yarışda AİBA-nın reytinq cədvəlinə əsasən hər çəki dərəcəsində yüksək nəticələr əldə etmiş 4 iştirakçı beynəlxalq riqdə mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə