Yusif Cəfərov: "Milli komandanın bir hissəsi olmaq qürurvericidir" - AÇIQLAMA

Yusif Cəfərov: "Milli komandanın bir hissəsi olmaq qürurvericidir" - AÇIQLAMA

“Yığmaya çağırılmağımın Yeni il hədiyyəsi olduğunu deyə bilmərəm. Çünki dəvəti gözləyirdim. Bunu sevinclə qarşıladım”. SİA-nın məlumatına görə, bu sözləri “Kəpəz”in futbolçusu Yusif Cəfərov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına dəvət almasına münasibət bildirərkən deyib.

O, etimadı doğrultmağa çalışacağını bildirib: “Milliyə çağırılmaq hər bir futbolçu üçün şərəfdir. Mənim üçün bu komandanın bir hissəsi olmaq qürurvericidir. Dəvətə görə məşqçilərə təşəkkür edirəm. Bundan sonra üzərimə düşən iş ümidləri boşa verməmək, yaradılan şansdan lazımınca istifadə etməkdir. Məşq proseslərində əlimdən gələni edəcəyəm”.

İlk dəfə U-21-ə çağırılan 20 yaşlı müdafiəçi bundan öncə aşağı yaş qrupları üzrə milli komandaların da şərəfini qoruduğunu vurğulayıb: "Pillə-pillə irəliləyib indi də 21 yaşlılardan ibarət komandaya yüksəlmişəm. Daim dəvət almaq üçün klubumda da müntəzəm çıxış etməliyəm. Oynamaq üçün uyğun yaşdayam. “Kəpəz”in əsas heyətində möhkəmlənmək istəyirəm. Əsas odur ki, mənə güvənirlər. Mən də özümü sübut etmək niyyəti ilə məşqlərdə səylə hazırlaşacağam”.

Qeyd edək ki, Azərbaycan yığması yanvarın 9-dan 27-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə