Azərbaycan idmançıları dünya çempionatında iştirak edəcəklər

Azərbaycan idmançıları dünya çempionatında iştirak edəcəklər

Belçikada kadetlər arasında 100 xanalı dama üzrə növbəti dünya çempionatı start götürəcək. SİA-nın məlumatına görə, Azərbaycan, Estoniya, Fransa, Ukrayna, Rusiya, Latviya, Polşa, Belçika, Seneqal, Hollandiya, Moldova, Çin, Monqolustan və digər ölkələrdən olan 40-dan çox damaçının iştirak edəcəyi mundial oktyabrın 29-dan noyabrın 5-dək Oteppe şəhərində keçiriləcəkdir.

Yığma komandamızın baş məşqçisi Boris Muşailovun rəhbərliyi ilə Azərbaycanın iki nəfər damaçısı – ölkə çempionu Ramil Salahov və çempionatın gümüş mükafatçısı Zeynal Rəşidli həmin yarışda iştirak edəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə