"Liverpul"un yarımmüdafiəçisi Məhəmməd Salah növbəti mükafatını alıb. SİA-nın məlumatına görə, Peşəkar Futbol Assosasiyası (PFA) misirli oyunçunu dekabr ayında Premyer Liqanın ən yaxşı futbolçusu seçib. Salah respondentlərin 50% səsini toplayıb.
Dekabrda liqada 7 oyun keçirən 25 yaşlı futbolçu 5 qol, 3 məhsuldar ötürmənin müəllifi olub. Daha öncə Salah 2017-ci ildə Afrikanın ən yaxşı futbolçusu seçilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB