"Yuventus" Əmrə Cana təklif göndərib

"Yuventus" Əmrə Cana təklif göndərib

"Yuventus" "Liverpul"un futbolçusu Əmrə Cana təklif göndərib. Bu barədə "Sky İtalia" idman nəşri xəbər yayıb. Məlumatda deyilir ki, Turin təmsilçisi türkəsilli alman yarımmüdafiəçi ilə 5 illik müqavilə imzlamaq istəyir. O, bu təklifi qəbul edəcəyi tqədirdə, həftəsinə 100 min avro maaş alacaq.

Qeyd edək ki, Ə.Canın "Liverpul"la müqaviləsi bu mövsümün sonu başa çatır. Əlavə edək ki, "Yuventus"un idman direktoru Cuzeppe Marotta bundan əvvəl 23 yaşlı oyunçunun transfer siyahılarında olduğunu təsdiqləmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə