Azərbaycan Boks Federasiyası (ABF) 2018-ci ildəki fəaliyyətinə açıq Bakı birinciliyi ilə başlayacaq. Federasiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yarışa sabah start veriləcək. ABF-nin idman zalında keçiriləcək və saat 15:00-da başlayacaq birincilikdə payaxt idmançıları ilə yanaşı, regionlardan da boksçular iştirak edəcək.
Çempionatda 2002-2003-cü il təvəllüdlü boksçular mübarizə aparacaq. Ümumilikdə 150 idmançının çıxış edəcəyi yarış yanvarın 12-də yekunlaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB