Futbol üzrə Azərbaycan I Divizionunda mübarizə aparan “Xəzər” klubu bu gün daha bir futbolçunu heyətinə qatıb. SİA-nın əldə etdiyi məlumata görə, klub son olaraq “Kəpəz”də top qovmuş Novruz Məmmədovla anlaşıb. Müdafiəçi ilə mövsümün sonuna qədər müavilə imzalanıb.
“Xəzər” yaxın zamanda futbolçunun keçirini rəsmi şəkildə açıqlayacaq.
Xatırladaq ki, N.Məmmədov bir müddət öncə “Kəpəz”in baş məşqçisi Yunis Hüseynovun xidmətində maraqlı olmadığı futbolçular siyahısında yer aldığı üçün onunla müqaviləyə xitam verilmişdi.
Müəllif: Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB