"Qalatasaray" transfer çalışmalarını davam etdirir. SİA-nın məlumatına görə, İstanbul klubu "Sent-Etyenn"də çıxış edən Florentin Poqbanı heyətinə qatmaq istəyir.
Bu mövsüm Fransa klubunda heyətə düşməkdə çətinlik çəkən 27 yaşlı mərkəz müdafiəçisi özü də "Sent-Etyenn"dən ayrılmaq niyyətindədir. Klub rəhbərləri isə mövsümün sonunda müqaviləsi başa çatacaq Poqbanı sataraq müəyyən qədər pul qazanmaq istəyir. Onu "Qalatasaray"la yanaşı, "Marsel" və "Bordo"nun da istədiyi bildirilir.
Qeyd edək ki, Poqba 2012-ci ildə "Sedan"dan "Sent-Etyenn"ə 500 min avroya transfer olunub. O, cari mövsümdə cəmi 5 Liqa 1 matçına çıxıb.
Onu da qeyd edək ki, Florentin Poqba "Mançester Yunayted"in 2016-cı ilin yayında "Yuventus"dan 105 milyon avroya aldığı Paul Poqbanın böyük qardaşıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB