Ziya Rəcəbov: “Baş məşqçi kimi təklif gəlsə, qəbul edərəm” - AÇIQLAMA
“Baş məşqçi kimi təklif gəlsə, qəbul edərəm. Ancaq ikinci məşqçi işləmək istəmirəm”. Bunu SİA-ya açıqlamasında Azərbaycanın tanınmış voleybolçusu, 2-ci dərəcəli beynəlxalq məşqçi Ziya Rəcəbov deyib.
Mütəxəssis “Neftçi” klubunun baş məşqçisi vəzifəsindən ayrılandan sonra onunla birlikdə komanda ilə vidalaşan millinin üzvlərinin klubsuz qalmasına görə narahat olduğunu bildirib: “Neftçi”dən öz ərizəmizlə ayrılmışıq. Hazırda heç bir klubla bağlılığımız yoxdur. Təkliflər gəlsə, istənilən klubda oynaya bilərik. Ancaq milli komandanın üzvlərinin klubsuz qalması məni çox narahat edir”.
O vurğulayıb ki, milli komandanın toplanışına aprel ayında start veriləcək.
Qeyd edək ki, Z.Rəcəbov məşqçilik karyerası ərzində qadınlardan ibarət "Şirvan" klubunda 2-ci məşqçi, "Rabitə" klubunda (qadınlardan ibarət) və "Telekom" komandasında (qadınlardan ibarət) köməkçi məşqçi, "Azəryol" komandasında (qadınlardan ibarət) öncə ikinci, daha sonra isə baş məşqçi, "Neftçi" kişi voleybol klubunda baş məşqçi və kişilərdən ibarət milli yığma komandada köməkçi məşqçi kimi fəaliyyət göstərib, bir çox uğurlara imza atıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB