Badminton üzrə Bakı şəhər kuboku keçirilib

Badminton üzrə Bakı şəhər kuboku keçirilib
Bakı Slavyan Universitetinin idman zalında kişilər və qadınlar arasında badminton üzrə Bakı şəhər kuboku keçirilib. SİA-nın məlumatına görə, yarışda "Təhsil RİM", "Neftçi İSM-1", "BŞBTİ-1", "Neftçi İSM-2" kimi komandalarını təmsil edən 40 nəfər idmançı (16 qız, 36 oğlan) mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən yarışda ilkin olaraq qadınlar arasında I yerə "Təhsil RİM", II yerə "Neftçi İSM", III yerə "BŞBTİ-1" komandaları layiq görülüblər. Kişilər arasında I yeri isə "Neftçi İSM-1", II yerə "Təhsil RİM", III yerə "Neftçi İSM-2" komandaları tutublar. Yarışda I, II və III yerlərə layiq görülmüş komandalar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və kubokla təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə