“Qəbələ” 2017-2018-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirir. SİA-nın məlumatına görə, “qırmızı-qaralar” təlim-məşq toplanışının 3-cü gününü iki məşqlə başa vurublar.
Yanvarın 5-dən qonşu ölkədə olan “Qəbələ” günün ilk yarısında fiziki hazırlıq keçib. Komanda üzvləri məşq prosesini açıq havada gerçəkləşdirib.
Ukraynalı mütəxəssis Roman Qriqorçukun rəhbərliyi altında hazırlıq keçən “qırmızı-qaralar” günün ikinci məşqi zamanı meydançada çalışıb. Futbolçular əsasən toplu çalışmalara üstünlük verib. Zədədən sonra komandaya qoşulan Dion Malone fitnes zalında fərdi hazırlıq keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB