Futbol üzrə İngiltərə Kubokunda üçüncü mərhələnin oyunları davam edir. Dünən daha 4 qarşılaşma keçirilib. “Vest Hem” səfərdə aşağı liqa təmsilçisi “Şrusberi”nin müqavimətini qıra bilməyib. 90 dəqiqə ərzində qalib aşkarlanmadığından cütün taleyi ikinci görüşdə həll olunacaq.
“Tottenhem” öz meydanında “Uimbldon”a şans tanımayıb. 3 cavabsız qol vuran Poçettinonun komandası növbəti mərhələyə adlayıb. “Arsenal” isə kubokla vidalaşıb. Arsen Vengerin komandası səfərdə “Nottingem Forets” qarşısında aciz qalıb.
İngiltərə Kuboku
III mərhələ
7 yanvar
“Nyuport” - “Lids” 2:1
Qollar: Berardi, 9 (0:1), Şauqnessi, 76-avtoqol (1:1), MkKoulski, 89 (2:1)
“Şrusberi” - “Vest Hem” 0:0
“Tottenhem” - “Uimbldon” 3:0
Qollar: Keyn, 63; 65, Vertongen, 71
“Nottingem Forest” - “Arsenal” 4:2
Qollar: Lichaj, 20 (1:0), Mertezaker, 23 (1:1), Lichaj, 44 (2:1), Brereton, 64-pen (3:1), Uelbek, 79 (3:2), Dovell, 85-pen (4:2)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB