"Çelsi" "Norviç"i məğlub edə bilməyib

"Çelsi" "Norviç"i məğlub edə bilməyib

"Çelsi" İngiltərə kubokunda 1/32 final mərhələsinin oyununa çıxıb. SİA-nın məlumatına görə, London klubu səfərdə "Norviç"lə qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.

Qaydalara əsasən, bu komandalar arasında cavab oyunu keçiriləcək. Həmin görüşün əsas və əlavə vaxtında qalib müəyyənləşməyəcəyi təqdirdə, penaltilər seriyasında növbəti mərhələyə yüksələcək komanda məlum olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə