Bu gün cüdo üzrə kişi və qadınlardan ibarət Azərbaycan yığma komandası və 23 yaşa qədər gənc cüdoçulardan ibarət yığma baş məşqçi Ağayar Axundzadənin rəhbərliyi altında İsmayıllı rayonuna yola düşüb. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, məqsəd noyabr aylarında keçiriləcək Abu Dabidə Qran Pri və 23 yaşa qədər gənc cüdoçuların Avropa çempionatına ümumi fiziki hazırlıq üzrə təlim məşq toplanışlarında iştirak etməkdir.
Qeyd edək ki, oktyabr ayının sonlarınadək davam edəcək toplanış İsmayıllı Olimpiya İdman Kompleksində keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB