"Neftçi” PFK-nın 5 futbolçusu ölkəmizin U-21 milli komandasına dəvət alıb. SİA-nın məlumatına görə, yanvarın 9-dan 27-dək Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışına Ömər Buludov, Elnur Cəfərov, Anton Krivotsyuk, Elvin Sərkərov və Kamran İbrahimov qatılacaq.
U-17 millisinin yanvarın 8-dən 23-dək Qəbələdə təşkil olunacaq təlim-məşq toplanışına isə "Neftçi"nin 4 futbolçusu - Mahir Həsənov, Mirəli Əhmədov, Fərid Yusifli və Valeh Qəhrəmanlı dəvət alıb.
Xatırladaq ki, hazırda Bakıda təlim-məşq toplanışı keçən U-18 millimizin düşərgəsində "Neftçi"nin 6 təmsilçisi var. Onlar İsmayıl Zülfüqarlı, Abbas Abbasov, Mehdi Tahirov, Vüsal Əsgərov, Vüqar Əliyev və Nicat Musayevdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB