"Beşiktaş"ın və Türkiyə yığmasının hücumçusu Cenk Tosun "Everton"la rəsmi müqavilə imzalayıb. SİA-nın məlumatına görə, Liverpul şəhərində tibbi müayinədən keçən 26 yaşlı C.Tosun daha sonra klubun binasında 4,5 illik müqaviləyə imza atıb.
"Everton" Cenk üçün "Beşiktaş"a 28 milyon avro ödəyəcək. Premyer Liqa klubu bu məbləğin 24 mlyonunu nağd, 4 milyonunu isə futbolçunun performansına uyğun irəliləyən dönəmdə verəcək.
Futbolçu isə "Everton"dan illik 4 milyon avro maaş alacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB