Arda Turan ABŞ klubuna keçə bilər

Arda Turan ABŞ klubuna keçə bilər

"Barselona"nın futbolçusu Arda Turan karyerasını ABŞ-da davam etdirə bilər. SİA-nın məlumatına görə, bu barədə "Daily Mail" məlumat yayıb.

İddiaya görə, Arda MLS-də çıxış edən "Çikaqo Fayr" klubu ilə danışıqlar aparır. Bu mövsüm "Barselona"nın heyətində bir dəfə də olsun meydana çıxmayan 30 yaşlı futbolçu kataloniyalıların baş məşqçisi Ernesto Valverdenin etimadını qazana bilməyib.

Həmçinin bildirilir ki, "göy-qırmızılar"la müqaviləsi 2020-ci ilin yayında bitən Ardaya İngiltərə və İtaliya klublarından da təkliflər var.

Bütün xəbərlər Facebook səhifəmizdə