“Neftçi”nin əvəzedicilərinin baş məşqçisi müəyyənləşib

“Neftçi”nin əvəzedicilərinin baş məşqçisi müəyyənləşib

“Neftçi”nin əvəzedici komandasının baş məşqçisi müəyyənləşib. SİA-nın məlumatına görə, bu vəzifə Vadar Nuriyevə tapşırılıb.

Qeyd edək ki, “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov AZAL-da işlədiyi vaxt V.Nuriyev onun köməkçisi olub.

Xatırladaq ki, “Neftçi”nin əvəzedici komandasını bir neçə gün əvvəl “Xəzər”in baş məşqçisi təyin edilən Elşad Əhmədov çalışdırırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə