Kiril Petrov "Neftçi"dən ayrılamayacaq

Kiril Petrov "Neftçi"dən ayrılamayacaq

"Neftçi" müdafiəçisi Kiril Petrovla bağlı yekun qərar verib. SİA-nın məlumatına görə, ukraynalı müdafiəçinin transferi üçün Türkiyənin I Liqasında çıxış edən "Girəsunspor" klubundan təklif alan "ağ-qaralar" onu komandada saxlamaq qərarına gəliblər. 27 yaşlı müdafiəçi qış transfer pəncərəsində "Neftçi"dən ayrılamayacaq.

Qeyd edək ki, ukraynalı futbolçu bu mövsüm “Neftçi”nin heyətində 13 oyun keçirib və 1 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə