"Torino"nun yeni baş məşqçisi müəyyənləşib

"Torino"nun yeni baş məşqçisi müəyyənləşib

İtaliyanın "Torino" komandasının yeni baş məşqçisi müəyyənləşib. SİA-nın məlumatına görə, Sinişa Mixayloviçin istefaya göndərilməsindən sonra boşalan posta Valter Madzarri gətirilib. 57 yaşlı italiyalı mütəxəssislə müqavilənin detalları barədə məlumat verilmir.

Son iş yeri İngiltərənin “Uotford” klubu olan V. Madzarri daha əvvəl vətənində “Napoli” və “İnter” kimi komandalara rəhbərlik edib.

Qeyd edək ki, "Torino" İtaliya A Seriyasında 17 turdan sonra cəmi 3 qələbə ilə 10-cu pillədə yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə