Qılıncoynatma üzrə paytaxt çempionatı keçirilib

Qılıncoynatma üzrə paytaxt çempionatı keçirilib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) birgə həyata keçirdiyi tədbirlər planına əsasən AQF-nin salonunda 1990-cı il və ondan kiçik təvəllüdlü gənclər arasında qılıncoynatma üzrə Bakı şəhər birinciliyi keçirilib.

Birincilikdə "Neftçi İSM", "8 saylı İOEUGİM" , "Binəqədi 14 saylı UGİM", "Fencing İK", "Pedoqoji Texnikum" kimi komandaları təmsil edən 57 idmançı (31 oğlan, 26 qız) şpaqa, sablya, rapira növləri üzrə mübarizə aparıb.

Yarışda şpaqa növü üzrə qızlar arasında I yerə Bayramova Yuliya (8 saylı UGİM), II yeri Abbbasova Nigar (Fencing İK) III yerə İbrahimova Fatimə (Neftçi) Hüseynova Samirə (8 saylı UGİM), sablya növü üzrə I yerə Quliyeva Dilarə (Neftçi İSM), II yerə Kərimova Arzu (8 saylı UGİM ), III yerə İbrahimova Fatimə, Proxova Yeketarina (14 saylı UGİM), rapira növü üzrə (yalnız qızlar) I yerə Məlikova Nübar (Fencing İK) , II yrerə Məlikova Məhin (Neftçi İSM), III yerə Məlikova Məryəm, Kərimli Sənanə (bakı Pedoqoji Texnikum) layiq görülüb.

Birincilikdə oğlanlar arasında şpaqa növü üzrə I yerə Əliyev Kənan (8 saylı UGİM), II yerə Məmmmədov Fərid (Fencing İK), III yerə Cəbrayılov Faiq (14 saylı UGİM), Ağarəhimov Anar (Neftçi İSM), sablya növü üzrə I yerə Budaqov Yusif (Neftçi İSM), II yerə Dadaşov Hüseyin (Fencing İK), III yerə Qubadov Nicat (8 saylı UGİM), Tağıyev Azər (14 saylı) layiq görülüb.

Yarışda I, II və III yerlərin sahiblərinə Baş İdarə və AQF tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə