Futbol üzrə İspaniya Kubokunda 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub. SİA-nın məlumatına görə, dünən axşam daha 4 oyun keçirilib.
Səfərdə “Selta” ilə qarşılaşan “Barselona” qələbə qazana bilməyib. Əsas heyətlə meydana çıxmayan Kataloniya klubu 1:1-lik bərabərliyə nail olub.
“Real” isə “Numansiya” üzərində səfərdə böyükhesablı qələbə qazanıb. Bununla da Madrid klubu cütün taleyini demək olar ki, elə səfərdə həll edib.
İspaniya Kuboku
1/8 final, ilk oyunlar
4 yanvar
“Selta” - “Barselona” 1:1
Qollar: Arnaiz Diaz, 16 (0:1), Pione Sisto, 31 (1:1)
“Leqanes” - “Vilyareal” 1:0
Qol: Amrabat, 49
“Espanyol” - “Levante” 1:2
Qollar: Moreno, 28 (1:0), Morales, 38-pen (1:1), İvi, 74 (1:2)
“Numansiya” - “Real” 0:3
Qollar: Beyl, 35-pen, İsko, 89-pen, Mayoral, 90+1
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB