“Zirə” hazırlıqlara start verib - FOTOLAR

“Zirə” hazırlıqlara start verib - FOTOLAR

“Zirə” bu gün mövsümün ikinci yarısının hazırlıqlarına start verib. SİA-nın məlumatına görə, Bakı Olimpiya Stadionunda (BOS) bir araya gələn "qartallar"ın baş məşqçi Ayxan Abbasov mövsümün qalan hissəsi ilə bağlı futbolçularla söhbət edib. Komandanı qarşıda çətin oyunlar gözlədiyini bildirən baş məşqçi futbolçulara tövsiyələrini verib. O, həmçinin yeni oyunçuları komandaya təqdim edib və onlara uğurlar arzulayıb.

Yalnız yerli futbolçuların iştirak etdiyi məşqə komandanın yeni transferləri də qatılıb. Legionerlər isə bir neçə gündən sonra çalışmalara qoşulacaq. Qəsəbə klubu BOS-un ehtiyat meydançasında yüngül məşqlə kifayətlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə