Dieqo Forlan karyerasını Honq Konqda davam etdirəcək

Dieqo Forlan karyerasını Honq Konqda davam etdirəcək

Uruqvay milli komandasının sabiq üzvü Dieqo Forlanın yeni klubu müəyyənləşib. SİA-nın məlumatına görə, 38 yaşlı forvard karyerasını Honq Konqda davam etdirəcək. O, bu ölkənin "Kitçi" klubu ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, karyerası ərzində "Mançester Yunayted", "Vilyarreal" "Atletiko" kimi klublarda çıxış etmiş Forlanın son komandası "Mumbai Siti" olub.

Bütün xəbərlər Facebook səhifəmizdə