Kiril Petrov: "Gələcəkdə nələr olacağını zaman göstərəcək" - AÇIQLAMA

Kiril Petrov: "Gələcəkdə nələr olacağını zaman göstərəcək" - AÇIQLAMA

"Yeni kluba keçidimlə bağlı məsələlərlə menecerim Aleksandr Pankov maraqlanır. Onun bu barədə məlumatı daha çoxdur". SİA-nın məlumatına görə, bu sözləri "Neftçi"nin ukraynalı futbolçusu Kiril Petrov deyib.

Ukraynalı müdafiəçinin adı son vaxtlar Türkiyənin I liqa təmsilçisi "Giresunspor"la birgə hallanır. "Neftçi" ilə müqavilə müddəti mövsümün sonuna qədər olan 27 yaşlı oyunçu bu variantın baş tutma ehtimalını istisna etməyib: "Hazırda "Neftçi"yə məxsus futbolçuyam və bu komandanın heyətində toplanışa qatılacağam. Gələcəkdə nələr olacağını zaman göstərəcək. "Giresunspor" maraqlı varinatdır və başqa klubların maraq dairəsində olmaq sevindiricidir. Türkiyə Superliqası çox güclü çempionatdır. Düzdür, "Giresunspor" I liqada mübarizə aparır. Ancaq bu komandanın böyük hədəfləri var".

Qeyd edək ki, Kirill Petrov bu mövsüm "Neftçi"nin heyətində 13 oyunda iştirak edib, 1 qola imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə