İdmançılarımız Avropa Tennis Turnirində mübarizə aparacaqlar

İdmançılarımız Avropa Tennis Turnirində mübarizə aparacaqlar
Tennis üzrə Azərbaycan yığma komandası 12 və 14 yaşlı idmançılar arasında keçiriləcək Avropa Tennis Turnirində iştirak edəcək. Yığma komandanın baş məşqçisi Yalçın Manaflının SİA-ya veridiyi məlumata görə, yarışlar Çexiyanın Praqa şəhərində baş tutacaq. 12 yaşlı idmançıların turnirinə noyabrın 14-də, 14 yaşlı idmançıların yarışına isə noyabrın 27-də start veriləcək. 12 yaşılı idmançılar arasında baş tutacaq yarışda Arif Quliyev, Ayxan Manaflı, 14 yaşlı idmançılar arasında keçiriləcək turnirdə isə Fidan Xəlilzadə, Necim Cəfərova, İlyas Həsənli və Ayxan Manaflı ölkəmizi təmsil edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə