2018-ci ildə Formula1 yarışlarında “Aston Martin”in ad sponsorluğu ilə çıxış edəcək “Red Bull Racing” komandası yeni loqosunu təqdim edib. SİA-nın məlumatına görə, komanda yeni loqosunu “Twitter” hesabı vasitəsilə ictimaiyyətə nümayiş etdirib.
“Red Bull”un maşınlarında 2016-cı il mövsümündən “Aston Martin”in loqosu var idi. Komanda “Red Bull Advanced Technologies hiper otomobil Valkyrie”nin inkişafında da “Aston Martin”lə əməkdaşlıq edir.
2017-ci ilin sentyabr ayında isə “Aston Martin”in 2018-ci ildə komandanın ad sponsoru olacağı açıqlanmışdı. Bu anlaşmaya əsasən İngiltərə avtomobil istehsalçısının loqoları mösüm boyunca açıq görünən şəkildə bolidlərin üzərində olmalıdır. Müqaviləyə görə, komandanın loqosunda da şirkətin adı görsənməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB