İntizam Komitəsi klubları cərimələdi

İntizam Komitəsi klubları cərimələdi

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komitə aşağıdakı qərarları qəbul edib:

16 oktyabr 2010-cu il tarixində XIX Unibank Premyer Liqasının IX turunun "Qəbələ" – "Muğan" matçında "Qəbələ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 (min) manat cərimə olunur (maddə 40).


16 oktyabr 2010-cu il tarixində XIX Unibank Premyer Liqasının IX turunun "Turan" – "Neftçi" matçının 88-ci dəqiqəsində "Turan" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 (iki min) manat cərimə olunur (maddə 52).


16 oktyabr 2010-cu il tarixində XIX Unibank Premyer Liqasının IX turunun "Qarabağ" – "Simurq" matçında "Simurq" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 (min) manat cərimə olunur (maddə 40).


15 oktyabr 2010-cu il tarixində XIX Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin IX turunun "Qəbələ" –  "Muğan" matçının 20-ci dəqiqəsində "Qəbələ" klubunun 30 №-li futbolçusu Anar Nəzirov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 (yüz) manat cərimə olunur (maddə 48). Matçın 90-cı dəqiqəsində "Qəbələ" klubunun 13 №-li futbolçusu Mehman Məmmədov aqressiv oyuna görə (rəqibə ayaqla zərbə) birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 (iki min) manat cərimə olunur (maddə 38.3).


15 oktyabr 2010-cu il tarixində XIX Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin IX turunun "Bakı" – MOİK matçının 80-ci dəqiqəsində "Bakı" klubunun 5 №-li futbolçusu Fariz Məmmədov simulyasiyaya görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün  futbolçu 1 oyunluq cəzalanır, klub 100 (yüz) manat cərimə olunur (maddə 48).


16 oktyabr 2010-cu il tarixində I divizionun VII turunun "Şahdağ" – "Karvan" matçında "Karvan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 (yüz) manat cərimə olunur (maddə 40).


16 oktyabr 2010-cu il tarixində I divizionun VII turunun "Abşeron" – "Energetik" matçında yanğınsöndürən maşını olmadığı üçün klub 100 (yüz) manat cərimə olunur (maddə 63).


17 oktyabr 2010-cu il tarixində I divizionun VII turunun "Rəvan" – "MKT-Araz" matçında "Rəvan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 (yüz) manat cərimə olunur (maddə 40).


12 oktyabr 2010-cu il tarixində "Azercell U-17 Liqa"nın "Muğan" – "MKT-Araz" matçının 80+3-cü dəqiqəsində "MKT-Araz" klubunun 1 №-li futbolçusu Orxan Qaraxanlı aqressiv oyuna görə (rəqibə əli ilə zərbə) birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).

Bütün xəbərlər Facebook səhifəmizdə