Futbol üzrə İngiltərə Premyer Liqasının 22-ci turunun sonuncu matçı keçirilib. SİA-nın məlumatına görə, tura “Arsenal” ilə “Çelsi” arasında baş tutan London derbisi ilə yekun vurulub. Maraqlı idman mübarizəsi şəraitində keçən görüş 2:2 hesabı ilə başa çatıb.
Matçın birinci hissəsində hesab açılmayıb. İkinci hissəyə sürətli hücumlarla başlayan “Arsenal” qarşılaşmanın 63-cü dəqiqəsində hesabı açıb. “Topçular”ın heyətində Cek Vilşer fərqlənib. Bundan sonra “Çelsi” hücumlarının kəsərini artırıb. Bunun məntiqi nəticəsi kimi, Antonio Kontenin yetirmələri Eden Azar və Markos Alonsonun qolları ilə hesabda irəli çıxıblar-2:1. Lakin “Zadəganlar” üstünlüklərini qoruya bilməyiblər. Matçın sonuncu dəqiqələrində Hektor Bellerin “Arsenal”a bərabərlik gətirən qolu vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB