Taffarel yenidən “Qalatasaray”da çalışacaq

Taffarel yenidən “Qalatasaray”da çalışacaq

“Qalatasaray”ın sabiq qapıçısı Klaudio Taffarel yenidən “sarı-qırmızılar”a dönüb. SİA-nın məlumatına görə, bu barədə brazliyalı veteran futbolçu şəxsi “İnstagram” hesabında paylaşım edib. O, yenidən Fatih Terimin köməkçisi olacaq.

Qeyd edək ki, 1998-2001-ci illərdə “cim-bom”un şərəfini qoruyan Taffarel İstanbul klubu ilə UEFA kubokunu və UEFA superkubokunu qazanıb. O, 2011-2016-cı illərdə “Qalatasaray”da məşqçi kimi fəaliyyət göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə