"Sumqayıt" futbol klubu qış fasiləsində növbəti transferini həyata keçirib. SİA-nın məlumatına görə, Sumqayıt təmsilçisi "Qəbələ"dən Ülvi İsgəndərovu icarəyə götürüb.
Onunla 1,5 illik müqavilə imzalanıb. Ü.İsgəndərov 70 nömrəli forma ilə çıxış edəcək.
20 yaşlı hücumçu cari mövsümdə "qırmızı-qaralar"ın əvəzedici komandasında çıxış edib.
Qeyd edək ki, "Sumqayıt" qış fasiləsində Elnur Allahverdiyev və Nicat Qurbanovla müqavilə bağlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB