Robin van Persi "Feyenoord"la anlaşıb

Robin van Persi "Feyenoord"la anlaşıb
"Fənərbaxça"nın futbolçusu Robin van Persi komandadan ayrılmağa hazırlaşır. SİA-nın məlumatına görə, hollandiyalı hücumçu karyerasını ölkəsində davam etdirəcək, O, "Feyenoord"la anlaşıb.

31 yaşlı hücumçunun atası Bob van Persi də Hollandiya mətbuatına açıqlamasında oğlunun ölkəsinə qayıdacağını bildirib.

Qeyd edək ki, Van Persi 2015-ci ildən "Fənərbaxça"da çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə