“Araz” klubunun UEFA kubokunun elit-raundunda keçirəcəyi oyunların vaxtı müəyyənləşib

“Araz” klubunun UEFA kubokunun elit-raundunda keçirəcəyi oyunların vaxtı müəyyənləşib

Futzal üzrə UEFA kubokunun elit-raundunda Azərbaycanı təmsil edən "Araz" klubunun keçirəcəyi oyunların vaxtı müəyyənləşib. SİA-nın məlumatına görə, "Araz" noyabrın 22-də Kiprin "Ararat Nikosiya", noyabrın 23-də İtaliyanın "Montesilvano", noyabrın 25-də isə Rusiyanın "VİZ-Sinara" klubu ilə qarşılaşacaq.

Xatırladaq ki, bu qrupun oyunları Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə