“Xəzər Lənkəran” Yuriy Panfilovla yollarını ayırıb

“Xəzər Lənkəran” Yuriy Panfilovla yollarını ayırıb
"Xəzər Lənkəran" klubu Gənclərin İnkişaf Proqramının baş məşqçisi Yuriy Panfilovla yollarını ayırıb. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, klub rəhbərliyi məşqçinin öz istəyi ilə istefaya getməsi ilə əlaqədar ərizəsinə müsbət cavab verib.
Gənclərin İnkişaf Proqramı rəhbərinin səlahiyyətləri müvəqqəti olaraq klubun əvəzedici heyətinin məşqçisi Samir Ələkbərova həvalə olunub.
Qeyd edək ki, Yuriy Panfilov Cənub təmsilçisində 2009-cu ilin iyulundan işləyirdi. O, "Xəzər Lənkəran" daxilində uşaq futbolunun inkişafına cavabdeh idi və yeniyetmə yaş qruplarının məşqçilərinə rəhbərlik edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə