"Tottenhem"in 24 yaşlı hücumçusu xəstələnib

"Tottenhem"in 24 yaşlı hücumçusu xəstələnib

"Tottenhem"in futbolçusu Harri Keyn İngiltərə Premyer Liqasının 21-ci turunda "Suonsi" ilə oyunu buraxa bilər. Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 24 yaşlı hücumçu xəstələnib. Buna görə o, komandasının bugünkü məşqini buraxıb. Klubun baş məşqçisi Maurisio Pokettino H.Keynin "Suonsi" ilə matçda iştirak edə bilməyəcəyini deyib.

Qeyd edək ki, H.Keyn 56 qolla 2017-ci ilin bombardiri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə