"Zirə"dən ayrılan futbolçu Polşa klubuna keçib

"Zirə"dən ayrılan futbolçu Polşa klubuna keçib

"Zirə"dən ayrılan Qabriel Mateyin Polşanın "Termalika" klubuna keçidi rəsmiləşib. Qol.az-ın məlumatına görə, rumıniyalı müdafiəçi yeni komandası ilə 2+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, bu, Mateyin Polşada çıxış edəcəyi ikinci komanda olacaq. Daha əvvəl 27 yaşlı futbolçu "Qurnik"in şərəfini qoruyub.

Bütün xəbərlər Facebook səhifəmizdə