"Keşlə" “Neftçi” ilə yoxlama oyunu keçirəcək

"Keşlə" “Neftçi” ilə yoxlama oyunu keçirəcək

"Keşlə" qış fasiləsində növbəti dövrənin oyunlarınının hazırlıqlarına Bakıda start verəcək. SİA-nın məlumatına görə, komanda yanvar ayının 5-də bir araya gələrək məşqlərə başlayacaq. Hazırlıqlar çərçivəsində “Keşlə” iki yoxlama matçı keçirməyi planlaşdırır. Yanvar ayının 14-də komanda “Neftçi” FK ilə qarşılaşacaq. İkinci yoxlama matçı “Qaradağ-Lökbatan”la olacaq. Birinci Divizon təmsilçisi ilə qarşılaşmanın tarixi barədə əlavə məlumat veriləcək.

Bakı toplanışından sonra "Keşlə"Türkiyənin Antalya şəhərinə yola düşəcək. Komanda qardaş ölkədə 3 yoxlama matçı keçirməyi planlaşdırır. Rəqiblər və oyunların tarixləri barədə əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə